Yunanıstan Super Liqasında II turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" səfərdə "Asteras"ın qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
2 turdan sonra 4 xal toplayan "Olimpiakos" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi
