Azərbaycanlı forvard "Arsenal"ın heyətində qol vurdu

10:12 - 30 Avqust 2022

Rusiya birinci divizionunda 7-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, U-20 yığmamızın sabiq üzvü Kamran Əliyevin formasını geyindiyi "Arsenal" növbəti oyununa çıxıb.

Tula təmsilçisi "Yenisey"i qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.

Start heyətində meydana çıxan Əliyev 23-cü dəqiqədə fərqlənib. Matçın 66-cı dəqiqəsində isə o, əvəzlənib.

"Arsenal" 7 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti