Ukrayna Premyer Liqasında ikinci turun matçları oynanılır.
Sportal.az xəbər verir ki, Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti oyununa çıxıb.
Onlar evdə “Minay”ı qəbul edib. Mustafayevin komandası 2:1 qalib gəlib.
U-21 yığmamızın üzvünün adı iştirak ərizəsinə daxil edilsə də, bu matçda meydana çıxmayıb.
"Aleksandriya" iki turdan sonra 6 xalla 4-cü pillədədi.
