"Bakcell Arena"nın ot örtüyü dəyişdirilir

13:33 - 30 Avqust 2022

Misli Premyer Liqasında “Neftçi” ilə “Səbail” arasında keçiriləcək matçın yeri dəyişdirilib.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Bakcell Arena"nın qazonunda aparılacaq yeniləmə işləri ilə əlaqədar “Neftçi” 7-ci turda “Səbail”lə matçını səfərdə oynanılmasını istəyib.

"Səbail" buna razılıq verdiyindən, ilk dövrənin oyunu "ASCO Arena"da baş tutacaq. 

İkinci dövrənin 15-ci turundakı “Neftçi” “Səbail” oyunu isə "Bakcell Arena"da oynanılacaq.

Xəbər xətti