Premyer Liqa klubu "Bornmut" Skott Parkeri istefaya yollayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi "Liverpul"a 0:9 hesablı məğlubiyyətdən sonra Parkerlə yoluna davam etmək istəməyib.
O, bir il əvvəl klubla üç illik müqavilə imzalamışdı.
