“Qarabağ”dan ayrılaraq “Sent-Etyen”ə keçən İbrahima Vadji instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, seneqallı hücumçu Ağdam klubu ilə vidalaşıb:
“Bütün ailəyə, klubda çalışan insanlara, əziz qardaşlarıma və “Qarabağ” azarkeşlərinə salamlar. Bu mesajla mən sizinlə vidalaşıram. Gözlənilməz ayrılığıma görə bunu sizinlə üzbəüz etmək imkanım olmadı. Ancaq bilin ki, kollektivlə birlikdə yaşadığım emosiyaların gözəl anlarını özümlə aparıram. İnsani və peşəkarcasına bu, çox tez bitsə belə, böyük bir macəra idi. Gələcəkdə sizə uğurlar. Hər şey üçün təşəkkür edirəm”.
saytlarin hazirlanmasi
