"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri də "Nant" oldu. Ağdam təmsilçisi Fransa təmsilçisi ilə oktyabrın 15-də Bakıda, noyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Matçlardan öncə "Nant" haqda müəyyən məlumatları oxucularımıza çatdırmaq istəyərdik.
Fransa təmsilçisi 21 ildən sonra Avropa arenasına qayıdıb. Sonuncu dəfə bu klub 2001/2002 mövsümündə Çempionlar Liqasında çıxış edib. Fransızlar ilk qrup mərhələsini uğurla keçsə də, ikinci püşkatmadan sonra yer aldığı “Nant” “Mançester Yunayted”, “Boavişta”, “Bavariya” ilə mübarizədə uğurlu olmamışdı. Həmin vaxtı "Nant" qrupda sonuncu olmuşdu. O vaxtdan bu yana isə “Qarabağ”ın rəqibi avrokuboklarda iştirak etməyib.
Ötən mövsüm “Nant”ın Liqa 1-dəki çıxışı ortabab alınıb. Komanda ölkə kubokuna sahib çıxdığına görə avrokuboklarda oynamaq hüququ qazanıb. 21 illik fasilədən sonra avrokuboklara qayıdan fransızlar uğurlu nəticə qazanmaq istəyir. “Nant”ın heyətində adlı-sanlı futbolçular yoxdu. Amma yetərincə maraqlı oyunçular komandadadı. Müqavilə ilə “Qalatasaray”a məxus olan Mostafa Mohammad bu kluba icarəyə verilib.
“Liverpul”un yetirməsi Pedro Çirivelli və Moyzes Simonun adını da qeyd etmək mümkündü. “Qarabağ”ın rəqibində ən dəyərli futbolçu hücumameyilli futbolçu Lüdovik Bla və qolkiper Alban Lafontdu. Hər ikisinin transfer dəyəri 18 milyon avro dəyərində qiymətləndirilir. Komandanı isə Fransanı tanınmış məşqçisi Antuan Kombuare çalışdırır.
Əslində, bu klub Liqa 1-ə pis başlamayıb. "Lill" (1:1) və "Anjer"lə (0:0) bərabərə qalmış komanda, yalnız "Marsel"ə (1:2) uduzub. Son turda "Tuluza"ya 2:1 qalib gələn "Nant" 5 xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb.
Mirbağırağa
saytlarin hazirlanmasi
