"Beşiktaş"ın sabiq çalışdırıcısı Önder Karaveli Bakıda səfərdədi.
Sportal.az xəbər verir ki, türkiyəli mütəxəssis "Qarabağ"ı və klubun akademiyasını ziyarət edib.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ağdam klubunun bazasına gələn mütəxəssis komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb və ona növbəti oyunlarda uğurlar arzu edib. Qurban Qurbanov ziyarətə görə Önder Karaveliyə təşəkkür edib.
Karaveli "Qarabağ"ın akademiyasında koordinator vəzifəsində işləyib. Hazırda isə o, "Beşiktaş"da inkişaf direktoru kimi çalışır.
