Belçikanın "Brügge" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "göy-qaralar" "Benfika"nın hücumçusu Roman Yaremçuku transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukrayna millisinin üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Brügge" 26 yaşlı forvard üçün Portuqaliya klubuna 19 milyon avro ödəyib.
Qeyd edək ki, Roman Yaremçuk "Benfika"ya 2021-ci ilin yayında "Gent"dən transfer olunmuşdu. Ukraynalı qolçu Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 47 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
