"Trabzonspor"un hücumçusu vətəninə qayıtdı

16:59 - 30 Avqust 2022

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisisinin hücumçusu Andreas Kornelius karyerasını vətənində davam etdirəcək. 29 yaşlı forcard "Kopenhagen"ə transfer olunub. Bu barədə Danimarka mətbuatı məlumat yayıb.

 

Türkiyə klubu bu keçiddən 6 milyon avro qazanacaq. transferin yaxın saatlarda rəsmən açıqlanacağı bildirilib.

 

Qeyd edək ki, "Trabzonspor" Andreas Korneliusu 2021-ci ilin yayında İtaliyanın "Parma" klubundan transfer edib. Danimarka millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 49 matçda 20 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti