"Mançester Yunayted" 100 milyon avroluq transferi açıqladı

16:13 - 30 Avqust 2022

İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Ayaks"ın braziliyalı hücumçusu Antonini transfer edib.

 

Premyer Liqa təmsilçisinin mətbuat xidməti transferlə bağlı açıqlama yayıb. Məlumatda 22 yaşlı futbolçunun keçidi ilə bağlı razılıq əldə olunduğu qeyd olunub. 

 

"Mançester Yunayted"in Braziliya millisinin üzvü üçün "Ayaks"a 95+5 milyon avro ödəyəcəyi bildirilir.

Xəbər xətti