Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Çelsi"dən Kallum Hadson-Odoyu transfer edib. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
21yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında "Bayer"də keçirəcək.
Qeyd edək ki, Kallum Hadson-Odoy "Çelsi"nin yetirməsidir. İngiltərəli futbolçu London təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 126 matçda 16 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
