Türkiyə millisinin sabiq futbolçusu Mevlüt Erdinç karyerasını bitirib.
Sportal.az xəbər verir ki, o, 35 yaşında peşəkar futbolla vidalaşıb. Təcrübəli forvard bu barədə özü açıqlama verib.
Son klubu Fransa "Rasinq"i olan hücumçu bundan əvvəl Türkiyədə "Fənərbağça", "Başakşəhər", "Antalyaspor", "Fatih Karagümrük", "Kocaelispor", "Ümraniyespor", Almaniyada "Hannover", Fransada PSJ, "Mets", "Soşo", "Renn", "Sent-Etyenn" kimi klublarda forma geyinib.
Mevlüt Erdinç Türkiyə millisinin heyətində meydana çıxdığı 35 oyunda 8 qol vurub.