İspaniyanın "Atletiko" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Tottenhem"dən Serxio Reqilonu transfer edib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sol cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Atletiko"da keçirəcək.
Qeyd edək ki, Serxio Reqilon "Tottenhem"ə 2020-ci ilin yayında məhz "Atletiko"dan transfer olunub. İspaniya millisinin üzvü son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 31 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
