"Beşiktaş"ın müdafiəçisi Serdar Saatçı karyerasını Portuqaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçunun xidmətində "Braqa" maraqlıdır. Bu barədə "TRT Spor" məlumat yayıb.
Xəbərdə bildirilib ki, portuqaliyalılar gənc mərkəz müdafiəçisi üçün İstanbul klubuna 1,4 avro və 1 milyon avro bonus təklif edib. Təklifdə futbolçunun növbəti satışından "qara qartallar"a pay veriləcəyi də yer alıb.
Qeyd edək ki, Serdar Saatçı "Beşiktaş"ın yetirməsidir. O, əsas komandanın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub. Futbolçu yay təlim-məşq toplanışı zamanı intizamsız davranışına görə baş məşqçi Valerien İsmaelin qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
saytlarin hazirlanmasi
