İtaliyanın "Bolonya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bavariya"nın hücumçusu Coşua Zirkzeeni transfer edib. Bu barədə "göy-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
21 yaşlı forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. İtalyanlar bu keçid üçün Münhen təmsilçisinə 8 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Coşua Zirkzee "Bavariya"ya 2017-ci ildə "Feyenoord"dan transfer olunub. Niderlandlı qolçu son mövsümü icarə əsasında "Anderlext"də keçirib. O, Belçika klubunun heyətində meydana çıxdığı 47 matçda 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
