Şahin Diniyevin "Kəpəz"in baş məşqçisi olacağı barədə ilk dəfə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Diniyevlə bütün detallarda razılıq əldə edib.
Onun təyinatı isə Premyer Liqanın 5-ci turunun “Kəpəz” - “Qarabağ” matçından sonra gerçəkləşəcək.
Diniyevin köməkçilərdən biri isə Xaliq Mərdanov olacaq. Adıçəkilən məşqçi Yaşar Vahabzadənin gedişindən sonra hazırda müvəqqəti olaraq baş məşqçi əvəzi çalışır.
Xatırladaq ki, Şahin Diniyev 2015-2017-ci illərdə komandanın baş məşqçisi olub.
