"Yuventus" argentinalının keçidini həll edib

23:54 - 30 Avqust 2022

PSJ-nin baş məşqçisi Kristof Qaltye komandanın yarımmüdafiəçisi Leandro Paredesin "Yuventus"a keçəcəyi barədə məlumat verib.


Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis argentinalı futbolçunun Turin təmsilçisinə transfer olacağını etiraf edib:

"Paredesin adını "Tuluza" ilə oyunun heyətinə daxil etməyəcəyik. Çünki o, komandanı tərk etməyə yaxındı. Artıq "Yuventus"la razılıq əldə edib".

28 yaşlı yarımmüdafiəçi 2019-cu ildə “Zenit”dən PSJ-yə keçmişdi.

Xəbər xətti