Fransa çempionu PSJ növbəi transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Napoli"dən Fabian Ruisi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. PSJ-nin 26 yaşlı futbolçu üçün neapollulara 20 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Fabian Ruis PSJ-yə 2018-ci ilin yayında "Betis"dən transfer olunmuşdu. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 166 matçda 22 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
