"Qarabağ"ın rəqibi ispan yarımmüdafiəçi transfer etdi

11:24 - 31 Avqust 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Yunanıstan klubu "Kopenhagen"dən Pep Bieli transfer edib. Bu barədə BT nəşri məlumat yayıb.

 

Pirey təmsilçisinin 26 yaşlı yarımmüdafiəçi üçün Danimarka klubuna 6 milyon avro ödəyəcəyi bildirilir. "Olimpiakos" ispan futbolçu ilə 4 illik müqavilə imzalayacaq.

 

"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti