"Fənərbaxça" hücumçusunu Almaniya klubuna göndərdi

11:40 - 31 Avqust 2022

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Merqim Berişanı icarəyə göndərib. 24 yaşlı forvard 2022/2023 mövsümünü icarə əsasında "Auqsburq"da keçirəcək. O, Almaniya klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" Merqim Berişanı 2021-ci ilin yayında "Zaltsburq"dan transfer edib. Alman forvard "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 32 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti