Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un qapıçısı Tomaş Vatslik açıqlama verib.
Sportal.az xəbər verir ki, şəxsi feysbuk səhifəsində paylaşım edən çexiyalı qolkiper Azərbaycan təmsilçisi ilə qarşılaşmaq istəmədiyini deyib:
"Düzünü deyim ki, Avropa Liqası xəyalımızdakı turnir deyildi. Amma təsnifat mərhələsi oyunlarında yaşadıqlarımızdan sonra xoşbəxt olmalıyıq. "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen) ilə oyununu izləmişəm. Bu rəqiblə qarşılaşmaq istəmirdim".
Qeyd edək ki, "Olimpiakos" Avropa Liqasının G qrupunda "Qarabağ", "Frayburq" və "Nant"la mübarizə aparacaq. Yunanıstan klubu Ağdam təmsilçisi ilə ilk matçını oktyabrın 6-da evdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi