"Çelsi" müdafiəçisini İtaliya klubuna icarəyə verdi

13:27 - 31 Avqust 2022

İtaliyanın "Spetsia" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Çelsi"nin mərkəz müdafiəçisi Etan Ampadunu transfer edib.

 

Uelsli futbolçu 2022/2023 mövsümündə icarə əsasında "Spetsia"da çıxış edəcək.

 

Qeyd edək ki, Etan Ampadu "Çelsi"nin akademiyasına 2017-ci ilin yayında "Ekseter Siti"dən transfer olunub. 21 yaşlı müdafiəçi son mövsümü icarə əsasında "Venetsia"da keçirib. O, İtaliya klubunun heyətində meydana çıxdığı 30 matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti