İtaliyanın "Salernitana" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Herta"nın hücumçusu Kriştof Pyontek"i icarəyə götürüb. 27 yaşlı forvard 2022/2023 mövsümünü "Salernitana"da keçirəcək.
Qeyd edək ki, Kriştof Pyontek "Herta"ya 2020-ci ilin yayında "Milan"dan transfer olunub. Polşalı qolçu son mövsümün ikinci yarısını "Fiorentina"da keçirib. O, Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 18 matçda 6 qol vurub.
saytlarin hazirlanmasi
