İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi azad agnet stausunda olan Adnan Yanuzayı transfer edib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı vinger bu gün tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Adnan Yanuzayın son klubu "Real Sosyedad" olub. Belçikalı futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 44 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
