Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Yunanıstan klubu "Verona"dan Panayotis Retsosu transfer edib. Bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Olimpiakos"un heyətində keçirəcək.
Panayotis Retsos "Olimpiakos"un yetirməsidir. Yunan futbolçu 2022-ci ilin yanvar ayında Leverkuzen "Bayer"indən "Verona"ya transfer olunub.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
saytlarin hazirlanmasi
