İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Lester Siti"nin mərkəz müdafiəçisi Uesli Fofananı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa klubu fransalı müdafiəçi ilə 7 illik müqavilə imzalayıb. "Çelsi"nin 21 yaşlı futbolçu üçün qarşı tərəfə 85 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Uesli Fofana "Lester Siti"yə 2020-ci ilin yayında "Sent-Etyenn"dən transfer olunub. Gənc oyunçu "tülkülər"in heyətində meydana çıxdığı 52 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
