"Mançester Siti"də oynamış hücumçu sabiq "Qarabağ"lının komanda yoldaşı oldu

17:23 - 31 Avqust 2022

"Mançester Siti", "Latsio" və "İnter" kimi klublarda oynamış Felipe Kaysedo Səudiyyə Ərəbistanında oynayacaq.

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard "Abha" ilə razılıq əldə edib.

Ekvadorlu hücumçu qarşıdakı bir ili məhz adıçəkilən klubda keçirəcək.

Kaysedo karyerası ərzində "Bazel", "Mançester Siti", "Sportinq", "Malaqa", "Lokomotiv"(Moskva), "Espanyol", "Latsio", "Cenoa", "İnter" kimi klublarda çıxış edib.

Tanınmış forvardın yeni komandasında azərbaycanlı futbolsevərlər üçün də tanış sima var. Belə ki, 2020-2021-ci illərdə "Qarabağ"da çıxış etmiş Uroş Matiç də "Abha"nın üzvüdü.

 

Xəbər xətti