Özbəkistanlı hücumçu "Torino"ya keçir

17:53 - 31 Avqust 2022

"Roma" və Özbəkistan millisinin hücumçusu Eldor Şomuradov iş yerini dəyişəcək.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, hücumçu "Monza" və "Torino" arasında seçim edəcək.

"Roma" forvardın xidmətində maraqlı olmadığını özünə bildirib.

​Bu iki klubdan biri Şomuradovu transfer etmək istəyir. Əgər maddi məsələlərdə razılıq əldə olunmasa, “Roma” onu icarəyə verəcək.

Xəbər xətti