Misli Premyer Liqanın 4-cü turunda "Səbail"lə görüşdə qırmızı vərəqə ilə cəzalandırılan “Kəpəz”in kapitanı Tural Axundov və forvardı Rauf Əliyev əvəzedici heyətə yollanıb.
Sportal.az xəbər verir ki, hər iki futbolçu oyun praktikasından əziyyət çəkməmək üçün bu gün “Kəpəz”in əvəzedici heyətinin heyətində birinci divizionun 2-ci turu çərçivəsində “Turan Tovuz-2”yə qarşı oyunda meydana çıxıb.
Axundov komandanı meydana kapitan sarğısında çıxarıb və 65-ci dəqiqədə Cavad Kərimovla əvəzlənib.
Oqtay Məmmədov isə fasilədə Rauf Əliyevin əvəzinə meydana daxil olub. Tovuz şəhər stadionunda keçirilən matç “Turan Tovuz-2”nin 3:1 hesablı qələbəsi ilə sona çatıb.
Mirbağırağa
saytlarin hazirlanmasi
