Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev "Venesiya"ya keçib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun İtaliya klubu ilə müqaviləsinin detalları barədə məlumat verilməyib.
Yalnız onun "Venesiya" ilə 2 illik müqavilə imzaladığı bildirilir.
Çerışev əvvəllər "Valensiya", "Vilyarreal", "Sevilya", "Real"(Madrid) klublarında çıxış edib.
"Venesiya" hazırda İtaliya B seriyasında oynayır.
