"Neftçi" "Roma"ya məğlub oldu

20:23 - 31 Avqust 2022

"Neftçi"nin U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo turnirində ilk matçına çıxıb.

Sportal.az xəbər verir ki, Rəşad Hüseynovun rəhbərlik etdiyi kollektiv "Roma" ilə üz-üzə gəlib. 

Təmsilçimiz İtaliya klubuna 0:1 uduzub.

C qrupunda yer alan "Neftçi" sabah "Lodiciani" ilə qarşılaşacaq.

Turnirdə “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbaxça”, Braziliyanın “Fluminense” klubları da iştirak edir. 

Xəbər xətti