"Yuventus" argentinalını icarəyə götürdüyünü açıqladı

20:38 - 31 Avqust 2022

Argentina millisinin üzvü Leandro Paredes "Yuventus"da oynayacaq.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Yuventus" PSJ-nin futbolçusunu icarəyə götürdüyünü açıqlayıb. 

O, mövsüm sonuna qədər Turin klubunda çıxış edəcək. 

Mövsüm sonunda "qoca sinyora"nın 22,6 milyon avro qarşılığında 28 yaşlı futbolçunu transfer edəcəyi gözlənilir.

 

Xəbər xətti