Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" forvardı Nişan Burkartı icarəyə verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu "Vintertur"da oynayacaq.
O, 2022/23 mövsümünün sonuna qədər İsveçrə klubunda karyerasını davam etdirəcək.
"Qarabağ"ın "Frayburq" ilk matçı sentyabrın 8-i "Europa Park" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
