Mario Balotellinin klubu açıqlandı - rəsmi

11:48 - 1 Sentyabr 2022

"Adana Demirspor"dan ayrılan Mario Balotellinin yeni komandası bəlli olub.

Sportal.az xəbər verir ki, italiyalı forvard İsveçrənin "Sion" klubu ilə anlaşıb.

İsveçrə klubu 32 yaşlı forvardın keçidini rəsmi şəkildə açıqlayıb.

Balotelli yeni komandası ilə iki illik müqavilə imzalayıb.

 

Xəbər xətti