"Beşiktaş"ın hücumçusu Bundesliqaya qayıtdı

12:27 - 1 Sentyabr 2022

"Beşiktaş"ın futbolçusu Kenan Karaman karyerasını Almaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

Türkiyə millisinin üzvü "Şalke" ilə razılıq əldə edib. 28 yaşlı forvard bu gün tibbi müayinədən keçdikdən sonra Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Kenan Karaman "Beşiktaşa" 2021-ci ilin yayında "Fortuna"dan transfer olunub. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 35 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti