İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "Nitsa"nın hücumçusu Kasper Dolberqi transfer edib. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Danimarkalı forvard 2022/2023 mövsümünü icarə əsasında "Sevilya"nın heyətində keçirəcək.
Qeyd edək ki, Kasper Dolberq 2019-cu ilin yayında "Ayaks"dan "Nitsa"ya transfer olunub. 24 yaşlı qolçu Fransa klubunun heyətində meydana çıxdığı 85 matçda 24 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
