"Qalatasaray"ın hücumçusu İtaliya klubuna keçir

21:17 - 23 Yanvar 2023

"Qalatasaray"da ümidləri doğrultmayan Haris Seferoviç İstanbul təmsilçisindən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard karyerasını İtaliyada davaç etdirə bilər. İsveçrəli hücumçunun xidmətində "Salernitana" maraqlıdır. A Seriyası təmsilçisi futbolçu üçün danışıqlara start verib.

 

Qeyd edək ki, "Qalatasaray" Haris Seferoviçi mövsümün əvvəlində "Benfika"dan 1 illik icarəyə götürüb. Təcrübəli forvard "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti