İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ABŞ-ın "Çikaqo" klubundan Con Duranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Aston Villa" kolumbiyalı futbolçu üçün onun klubuna 15 milyon avro ödəyib. Gənc oyunçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.