"Zirə" ukraynalı futbolçunu heyətinə qatıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Vladislav Kulaçla anlaşıb. Ukraynalı hücumçu ilə 1,5 illik müqavilə imzalanılıb.
30 yaşlı futbolçu "Dinamo"(Kiyev), "Şaxtyor"(Donetsk), "Mariupol", “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, “Eskişehirspor”, “Honved” klublarında oynayıb.