AFFA-nin baş katibi Gəncədə

13:51 - 25 Yanvar 2023

AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncə şəhərinə səfər edib.

Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində baş katib Gəncə şəhər stadionunun ərazisində AFFA tərəfindən tikintisi davam etdirilən Futbol Akademiyasında inşaat işlərinin gedişi ilə maraqlanıb. "Kəpəz" Futbol Klubunun İdarə Heyətinin sədri İlqar Nadiri həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Xəbər xətti