"1998-ci ildə çempion olanlar uzun müddətdir Deşamla ünsiyyət qurmur"

17:13 - 25 Yanvar 2023

Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olmuş Emmanuel Petit millinin hazırkı baş məşqçisi Didye Deşam və keçmiş komanda yoldaşları ilə münasibətindən danışıb.

Sportal.az xəbər verir ki, "RMC Sport"a açıqlama verən veteran futbolçu Deşam haqda bunları deyib:

"Deşamın kiminlə yaxşı münasibəti var? Mən bilmirəm. 1998-ci ildə Fransa millisinin heyətində çempion olanlar onunla uzun müddət ünsiyyət qurmurlar. Deşam Marsel Desayi ilə ünsiyyət qururmu? Bəlkə də. Amma mənim dəqiq məlumatım yoxdur. Bizimlə əlaqə saxlamır. Biz susmaqdan, həqiqəti söyləməkdən yorulmuşuq. Artıq heç nə deyə bilməyəcəyimiz dünyada yaşayırıq. Bəs Deşam kiminlə danışır? Heç kimlə. Bu qədər".
 

Xəbər xətti