Mahir "Dinamo"nun məşqində iştirak etməyəcək

18:15 - 25 Yanvar 2023

Azərbaycan millisinin hücumçusu Mahir Emreli belindəki ağrılar səbəbindən “Dinamo”nun bugünkü məşqini buraxıb.

Sportal.az xəbər verir ki, forvard müalicəsini davam etdirdiyi üçün məşqə qatılmayıb. 

Müalicəsi bu gün başa çatacağı təqdirdə, Emreli komandanın sabah keçiriləcək kollektiv məşqində iştirak edəcək. 

 

Xəbər xətti