İtaliyanın “Montsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi “İnter”in sol cinah müdafiəçisi Franko Karbonini heyətinə qatıb. 19 yaşlı futbolçu 2024-cü ilin 30 iyununa kimi icarəyə götürülüb.
Müqavilədə həm satınalma, həm də “İnter”in gələcəkdə gerisatınalmasına dair şərtlər nəzərdə tutulub.