"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

13:35 - 26 Yanvar 2023

Bu gün Premyer Liqanın 19-cu turu çərçivəsində “Sabah” “Neftçi”ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi və “ağ-qaralar” oyuna itkilərlə çıxacaq.

Belə ki, ev sahiblərindən Ceyhun Nuriyev cəzalı olduğu üçün oynamayacaq. “Neftçi”də isə Fərid Yusifli, Rəhman Hacıyev və Eddi İsrafilov zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

​Matç 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.

 

Xəbər xətti