"Çelsi"nin baş məşqçisi Qrem Potter iki həftəlik fasilədə klubun hansı işləri görəcəyini açıqlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis mütəxəsiss kollektivdə birlik olmaq istədiklərini bildirib:
"Komandanı bir araya gətirməyə və birləşməyə çalışacağıq. Yeni simalarımız və qısa vaxtımız var. Bu, təkcə meydanda işləməklə deyil, həm də komandanın bir ailə kimi qarşılıqlı əlaqəsidir. Bizim edə biləcəyimiz bir şey var. İki həftədən yaxşı istifadə edəcəyik. Kollektivdə birlik yaratmalıyıq, anlayış daha yaxşı səviyyəyə çatdırmalıyıq. Bunu necə edəcəyimiz haqda düşünəcəyik".
saytlarin hazirlanmasi