Əlcəzair millisinin üzvü "Qarabağ" üçün Bakıya gəldi

17:03 - 26 Yanvar 2023

"Dijon"un üzvü Yassin Benzianın "Qarabağ"a keçə biləcəyi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, əlcəzairli futbolçu Bakıya gəlib.

Benzia artıq tibbi müayinədən keçib. "Qarabağ"ın afrikalı futbolçu ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir.

​Xatırladaq ki, Əlcəzair millisinin üzvü "Lion", "Lill", "Fənərbaxça", "Hatayspor" klublarında oynayıb.

Xəbər xətti