"Sabah"da ciddi itki

18:10 - 26 Yanvar 2023

"Sabah"ın aparıcı futbolçusu Abdulaye Ba zədələnib.

Sportal.az saytına verilən məlumata görə, seneqallı müdafiəçi bu gün "Neftçi"yə qarşı keçiriləcək görüşdə meydana çıxmayacaq.

Onun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Türkiyədə keçirilən təlim-məşq toplanışında zədələnən təcrübəli futbolçu artıq fərdi olaraq məşqlərə başlayıb. Amma o, müəyyən müddət "Sabah"a kömək edə bilməyəcək. 

Xəbər xətti