Frenk Lempard məşqçiliyə ara verməyəcək

18:41 - 26 Yanvar 2023

"Everton" rəhbərliyinin qərarı ilə istefaya göndərilən Frenk Lempardın növbəti iş yeri hələ ki, dəqiq deyil.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ingilis mütəxəssis Mersisayd klubundan yenicə ayrılmasına baxmayaraq, məşqçiliyə ara vermək fikrində deyil.

44 yaşlı mütəxəssis xarici klublardan gələcək təklifləri dəyərləndirməyə hazır olduğunu agentlər vasitəsilə bildirib. 

Lempard bundan əvvəl "Derbi", "Çelsi"ni çalışdırmışdı. 

Xəbər xətti