"Zenit"in legioneri PSJ-yə təklif edildi

20:30 - 26 Yanvar 2023

"Zenit"in braziliyalı yarımmüdafiəçisi Malkom PSJ-yə təklif olunub. 

Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 2019-cu ildən oynadığı Rusiya klubundan ayrılmaq niyyətindədir.

Paris klubunun rəsmiləri hazırda bu transferi müzakirə edir. 

"Zenit" onun keçidi üçün "Barselona"ya 40 milyon avro ödəmişdi. Sankt-Peterburq təmsilçisinin rəhbərliyi braziliyalıya görə PSJ-dən 20 milyon avro istəyəcək. 

Rusiya klubunun heyətində 98 oyun keçirən Malkom 31 qol vurub və 22 assist edib. 

O, karyerası ərzində "Korintians". "Bordo" klublarında oynayıb.

 

Xəbər xətti